İsrail Livanda 85-dən çox hədəfə zərbələr endirib

Dünya xəbərləri Materials 9 May 2026 11:23 (UTC +04:00)
İsrail Livanda 85-dən çox hədəfə zərbələr endirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail ordusu ötən gün ərzində Livanın cənubunda Hizbullah hərəkatına aid 85-dən çox hədəfə zərbələr endirib. Bombalanan obyektlər arasında Biqa vadisində yeraltı silah-sursat anbarının da yer aldığı bildirilir.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

IDF-in məlumatına görə, zərbələrdə əsas hədəflər silah-sursat anbarları, raket buraxılış nöqtələri, Hizbullahın hücumları həyata keçirmək üçün istifadə etdiyi tikililər və qurğular olub.

Eyni zamanda bildirilir ki, zərbələrdə eyni zamanda İsrail qoşunlarına hücumlar planlaşdıran hərəkat döyüşçüləri zərərsizləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti