Niderlandda baş nazirin partiyasının qərargahında partlayış törədilib

Dünya xəbərləri Materials 8 May 2026 15:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

Ötən gecə, saat 21:00 radələrində Niderlandda ölkə baş naziri Rob Yettenin başçılıq etdiyi D66 siyasi partiyasının baş-qərargahında partlayış baş verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, insidentdən təxminən bir saat sonra polis partlayışı törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Məlum olub ki, həmin şəxs ofisin qapısının qarşısında olan məktublar üçün nəzərdə tutulmuş qutunun içinə petarda və ya kustar üsulla hazırlanmış fişəng atıb.

Partlayış anında ofisdə 30-a yaxın insan olub, heç kim xəsarət almayıb. Binanın pəncərə şüşələri qırılıb, ətrafı tüstü bürüyüb.

İnsidenti şərh edən baş nazir Yettern bunu qorxaqcasına törədilmiş qorxutma aktı kimi qiymətləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti