Gədəbəyə dolu düşüb

Cəmiyyət Materials 8 May 2026 11:50 (UTC +04:00)
Gədəbəyə dolu düşüb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır.

Trend xəbər verir ki Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 11:00-a olan məlumatında qeyd edilib.

Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti