ABŞ-nin Kubaya qarşı sanksiyalarının detalları açıqlandı

Dünya xəbərləri Materials 7 May 2026 20:08 (UTC +04:00)
ABŞ-nin Kubaya qarşı sanksiyalarının detalları açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökumətinin Kubaya qarşı sanksiya siyasətinin detalları açıqlanıb.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Kuba iqtisadiyyatının təxminən 40%-ni idarə edən "GAESA" holdinqinə, eləcə də onun direktoruna, bu ölkədəki nikel mədəninin birgə müəssisəsinə qarşı sanksiyalar tətbiq edib.

O qeyd edib ki, bu məhdudiyyətlər ABŞ prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış Kubaya qarşı birtərəfli sanksiyalar rejiminin kəskin şəkildə sərtləşdirilməsi haqqında fərman əsasında tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti