Sarkozi şərti azadlığa buraxılıb

Dünya xəbərləri Materials 7 May 2026 12:15 (UTC +04:00)
Sarkozi şərti azadlığa buraxılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın sabiq prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyası zamanı xərclərin normadan artıq olması ilə bağlı iş üzrə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Siyasətçinin elektron qolbağı çıxarılacaq

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Cəzanın çəkilməsi qaydasının yüngülləşdirilməsi ilə bağlı müraciəti Sarkozinin özü edib. Məhkəmə onun müraciətini mayın 5-də təmin edib. Sarkozinin xeyrinə qərar onun yaşı nəzərə alınaraq qəbul olunub. Sarkozinin hazırda 71 yaşı var. Qərar mayın 7-dən qüvvəyə minəcək.

Nikola Sarkozi 2007–2012-ci illərdə Fransa prezidenti vəzifəsini tutub. O, bu ölkədə həqiqi həbs cəzası alan ilk sabiq dövlət başçısı olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti