PSJ Çempionlar Liqasının finalına yüksəlib

İdman Materials 7 May 2026 01:09 (UTC +04:00)
PSJ Çempionlar Liqasının finalına yüksəlib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.

Trend xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib. İlk matçda qazandığı qələbə ilə finala PSJ yüksəlib.

Qeyd edək ki, Paris təmsilçisi finalda “Arsenal”la qarşılaşacaq. Matç mayın 30-u saat 20:00-da Budapeştdə baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

6 may

23:00 "Bavariya" - PSJ 1:1

Qollar: H.Keyn, 90+4, - O.Dembele,3
İlk oyun 4:5

Xəbər lenti

Xəbər lenti