Bakı. Trend:
ABŞ-nin üçüncü "USS Rafael Peralta" idarəolunan raket esminesi "Azadlıq" missiyası çərçivəsində Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.
Trend-in məlumatına görə, bu barədə "CBS News" televiziya kanalı rəsmi şəxslərə istinadən bildirib.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisi, o cümlədən "USS Truxtun" və "USS Mason" esminesləri hazırda Hörmüz boğazının qərbindəki ərazidə əlavə təlimatlar gözləyir.
Rəsmi şəxslər bildiriblər ki, onlar boğazdan keçərək Fars körfəzini tərk etməyə çalışan istənilən kommersiya gəmisini qorumaq üçün hərbi gəmilər, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərini əhatə edən çoxqatlı müdafiə sisteminin bir hissəsidir.