Parlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub (FOTO)

Siyasət Materials 6 May 2026 21:15 (UTC +04:00)
Parlamentlərarası İttifaqın Baş katibi Şamaxı rayonunda olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 6-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub. Ona ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.

Sonra Şamaxı rayonuna gələn Baş katib Martin Çunqonq rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımından əhəmiyyəti barədə məlumat verilib.

Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub. PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti