ABŞ İsrail və Livan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanır - Rubio

Dünya xəbərləri Materials 6 May 2026 00:04 (UTC +04:00)
ABŞ İsrail və Livan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanır - Rubio

Bakı. Trend

ABŞ administrasiyası İsrail və Livan arasında sülh razılaşmasının əldə edilməsini real hesab edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi və Milli Təhlükəsizlik üzrə müşavir Marko Rubio Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Mən hesab edirəm ki, Livan və İsrail arasında sülh razılaşması tamamilə əldə edilə bilər və əldə edilməlidir. İsrail və Livan arasındakı münasibətlərdəki problem İsrail və ya Livan deyil, "Hizbullah"dır", - deyə o bildirib.

"Biz bu prosesə çox sadiqik. Amma bu, asan olmayacaq", - deyə ABŞ dövlət katibi əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti