Bakı. Trend:
"Kristal"ın prestijli layihəsi "Highland Residence"dən sevindirən xəbər var. Tikintisinin əsas hissəsi tamamlanmış bu yaşayış kompleksində 52 m2, 2 otaqlı studiyadan 108 m2, 3 otaqlıya qədər dəniz və "Gənclik" parkı mənzərəli mənzillər uzunmüddətli ipoteka imkanı ilə satışa çıxarılıb.

Tikintisi tamamlanmış binada satışa çıxarılan bu mənzillər
20%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka
imkanı ilə satışdadır. Qısa müddətdə təhvil imkanı
bu layihəni həm investisiya, həm də yaşayış üçün əlverişli
edir.
"Highland
Residence" 8 Noyabr prospektinə, "Həzi
Aslanov" metro stansiyasına yaxın, 43 hektarlıq "Gənclik"
parkının düz yanında yerləşir. Kompleksin əlverişli yerləşməsi
şəhərin əsas nöqtələrinə çıxışı asanlaşdırmaqla bərabər, ətraf
ərazilərdə məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi, park və
müxtəlif iaşə obyektlərinin olması sakinlərin gündəlik
ehtiyaclarını rahatlıqla qarşılamasına şərait yaradır.

Yaşayış kompleksində bütün mənzillər tam təmirli formada təhvil
verilir. Təmirdə yüksək standartlara cavab verən Avropa
brendlərindən istifadə olunur: “HARO” laminat və
parket döşəməsi (Almaniya), “Zambaiti Parati”
divar kağızı (İtaliya), “Seranit” kafel (Türkiyə),
“Grohe” hamam aksesuarları (Almaniya),
“Gewiss” elektrik açarları (İtaliya) və
“Prysmian” yanmayan kabel infrastrukturu
(İtaliya). Həmçinin mənzillər sahə itkisinə yol verilmədən optimal
formada planlaşdırılıb, səs və istilik izolyasiyası ilə təchiz
edilir.
Kompleksin digər üstünlükləri
arasında 24/7 təhlükəsizlik sistemi, avtomobilsiz və təhlükəsiz
həyət konsepti, geniş yaşıl istirahət zonaları, uşaqlar üçün oyun
meydançaları, futbol və basketbol sahələri, həmçinin yeraltı və
geniş avtodayanacaq yer alır. 43 hektarlıq ərazidə 300 000-dən çox
ağacı əhatə edən möhtəşəm “Gənclik” parkı isə kompleksin düz
yanında yerləşir — səhər yürüşləri və axşam istirahəti üçün ideal
məkandır.

Satışa çıxarılan mənzillərin sayı məhduddur. "Highland Residence" layihəsi və satış şərtləri ilə daha ətraflı tanış olmaq üçün layihənin satış ofisinə müraciət edə və ya indi zəng edə bilərsiniz.
Ətraflı: *1544