Azərbaycanla Belarusla sənaye əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər

İqtisadiyyat Materials 5 May 2026 20:20 (UTC +04:00)
Azərbaycanla Belarusla sənaye əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə görüşüb.

Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub. Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti