Braziliyada məktəbli oğlan iki nəfəri güllələyərək öldürüb

Dünya xəbərləri Materials 6 May 2026 03:56 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın şimal-qərbindəki Akko vilayətində məktəbə edilən silahlı hücum nəticəsində iki məktəb işçisi həlak olub, bir neçə şagird və müəllim heyəti yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "G1" xəbər portalı bildirib.

Məlumata əsasən, polis əməkdaşları artıq atəş açan 13 yaşlı oğlanı saxlayıb. Xəsarət alanların dəqiq sayı və xəsarətlərinin ağırlığı müəyyənləşdirilir. Təcili yardım briqadaları və hərbi polis hadisə yerinə tez bir zamanda gəlib. Məktəbdə dərslər cümə gününə qədər dayandırılıb.

Xəbər lenti

Xəbər lenti