"Roma" Dibalanın gələcəyi ilə bağlı qərar qəbul edib

İdman Materials 5 May 2026 13:52 (UTC +04:00)
"Roma" Dibalanın gələcəyi ilə bağlı qərar qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Roma" futbolçusu Paulo Dibalanın gələcəyi ilə bağlı qərar qəbul edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu haqda insayde Nikolo Şira məlumat yayıb.

Paytaxt təmsilçisi 32 yaşlı hücumçu müqaviləsini uzatmağı planlaşdırır. Klub Dibalaya 2027-ci ilin yayına qədər yeni müqavilə təklif edib. Eyni zamanda, bu, oyunçunun maaşının azaldılmasını da nəzərdə tutur.

Daha əvvəl "Boka Xuniors" argentinalı oyunçu ilə maraqlandığı da yazılırdı.

Hazırkı mövsümdə Dibala bütün turnirlərdə 24 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti