Bakı. Trend:
Hazırda 87 ölkəyə məxsus yük gəmiləri Fars körfəzindədir və Hörmüz boğazından keçidi gözləyir.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bəyanatında bildirib.
“Hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir”,-deyə Kuperin komandanlığın rəsmi saytında yayımlanan bəyanatında deyilir.
O əlavə edib ki, ötən gün ərzində komandanlıq onlarla gəmi sahibi və gəmiçilik şirkətləri ilə əlaqə saxlayaraq onlara Hörmüz boğazından təhlükəsiz keçidi təmin edəcəyinə zəmanət verib.
