Azərbaycanda mart ayında lokal kartlarla aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 5 May 2026 07:25 (UTC +04:00)
Azərbaycanda mart ayında lokal kartlarla aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin mart ayının sonuna olan vəziyyətə görə, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ( statistik vahidin ödəniş kartları daxil olmaqla) lokal kartlarla aparılmış əməliyyatların sayı 61,9 min vahid, həcmi isə 60,97 milyon manat təşkil edib.

Bu haqda Trend-ə Azərbaycan Mərkəzi Bankı tərəfindən məlumat verilib.

Məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə lokal kartlardan istifadə olunmaqla aparılan əməliyyatların sayı 18 min vahid və ya 41 faiz, həcmi isə 17,71 milyon manat və ya 40,9 faiz artıb.

Qeyd edək ki, rezident maliyyə təşkilatlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti