Məhsul ixracatı coğrafiyamız daha da genişlənəcək - Nazir (ÖZƏL)

İqtisadiyyat Materials 5 May 2026 11:19 (UTC +04:00)
Məhsul ixracatı coğrafiyamız daha da genişlənəcək - Nazir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnanırıq ki, məhsul ixracatı coğrafiyamız daha da genişlənəcək.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Trend-ə özəl açıqlamasında deyib.

Nazir bildirib ki, keçən il Azərbaycandan kənd təsərrüfatı ixracı rekord həddə - 1,5 milyard dollar həcminə çatıb:

"Bunun 1,2 milyard dolları kənd təsərrüfatı, 0,3 milyard dolları isə qida emalı məhsulları olub. Əsasən meyvə istiqamətində böyümə həcmi daha çoxdur".

M. Məmmədov eyni zamanda vurğulayıb ki, Azərbaycanın ixracat coğrafiyası son 5 ildə daha da böyüyüb:

"İxrac coğrafiyamızın daha da genişləndirilməsi üzrə müvafiq addımlar atılır. İnanırıq ki, məhsul ixracatı coğrafiyamız daha da genişlənəcək. Eyni zamanda ixracat portfeli və məhsul portfelimiz böyüyüb. Bizim ümumi təşviq siyasətimiz ixracatı dəstəkləyəcək".

"Təşviq siyasətimiz ixracatda Azərbaycanın rəqabət üstünlüyü olan məhsulların dəstəklənməsi istiqamətindədir. Bu istiqamətdə tədbirləri davam etdirəcəyik", - deyə nazir qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti