Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin idxala tətbiq etdiyi gömrük rüsumlarının əvvəlki dövrlə müqayisədə daha yüksək olacağını açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
Tramp bildirib ki, Ali Məhkəmənin administrasiyanın bu istiqamətdə səlahiyyətlərini aşdığı ilə bağlı qərarına baxmayaraq, Vaşinqton rüsum siyasətini davam etdirmək niyyətindədir.
“Rüsum tətbiq etmək üçün başqa mexanizmlərimiz də var və artıq onlardan istifadə edirik. Bu üsullar daha effektiv və güclüdür. Nəticədə rüsumlar daha da yüksələcək”, – deyə o qeyd edib.