"Zirə" "Qəbələ"ni məğlub edib - Premyer Liqa

İdman Materials 3 May 2026 21:54 (UTC +04:00)
"Zirə" "Qəbələ"ni məğlub edib - Premyer Liqa
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda daha bir oyun keçirilib.

Trend-in məlumatına görə, "Zirə” evdə “Qəbələ” ilə qarşılaşıb. Görüş ev sahibi komandanın minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Bakı təmsilçisinin qolunu 78-ci dəqiqədə Junior Martins vurub.

Bu nəticədən sonra xallarını 49-a çatdıran "Zirə" 4-cü pilləyə yüksəlib. 20 xalı olan "Qəbələ" isə 11-ci sırada qalıb.

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti