I rübdə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 4,1 milyard dolları ötüb

İqtisadiyyat Materials 4 May 2026 15:12 (UTC +04:00)
I rübdə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 4,1 milyard dolları ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,104 milyard ABŞ dolları olub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,2 milyard ABŞ dolları və yaxud 22,3% azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 23,5% azalaraq 3,540 milyard ABŞ dolları, idxalının dəyəri isə 13,6% azalaraq 564,023 milyon ABŞ dolları olub.

Hesabat dövrü ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 65,53%, idxalında payı isə 14,09% olub.

2025-ci ildə isə Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard ABŞ dolları olub.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 177,4 milyon ABŞ dolları və yaxud 0,9% çoxdur.

Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8% artaraq 16,9 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,6% artaraq 2,826 milyard ABŞ dolları olub.

Hesabat ili ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66%, idxalında payı isə 11,59% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti