Bakıda əczaçılıq sənayesinin gələcəyi müzakirə olundu (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 4 May 2026 10:07 (UTC +04:00)
Bakıda əczaçılıq sənayesinin gələcəyi müzakirə olundu (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Heydər Əliyev Mərkəzində “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” adlı II Beynəlxalq Konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, xarici ekspertlər və yerli əczaçılıq sənayesi istehsalçıları bir araya gələrək Azərbaycanın əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri, yerli istehsalın gücləndirilməsi istiqamətləri, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında geniş çıxışlar edib və müzakirələr aparıblar.

Tədbir çərçivəsində təqdim olunan inkişaf modeli əczaçılıq sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Qeyd edilib ki, bu model çərçivəsində cari ildən etibarən yerli istehsalın genişləndirilməsi planlaşdırılır və növbəti illərdə müxtəlif dərman preparatlarının istehlakçılara təqdim olunması gözlənilir.

Konfransın əsas məqsədi yalnız mövcud çağırışların müzakirəsi deyil, eyni zamanda ixtisaslaşmış bilik və təcrübə, innovativ yanaşmalar, aktual məsələlər və suallar ətrafında fikir mübadiləsi aparmaq, yerli əczaçılıq sənayesinin inkişafına töhfə vermək olub. Bu yanaşma yerli istehsalçılar arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına və sənaye daxilində sinerjinin güclənməsinə xidmət edir.

Konfransın əsas istiqamətlərindən biri yerli istehsal prosesində uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi olub. Bu məqsədlə Türkiyə İlaç və Tibb Cihazları Qurumu, Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi, Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin İnvestisiya Layihələri İdarəsi və Macarıstanın Semmelweis Universitetinin Sağlamlıq Xidmətlərinin İdarəedilməsi Təlim Mərkəzinin rəhbər nümayəndələri çıxış edərək təcrübələrini bölüşüblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti