ABŞ hərbi donanmaya aid gəminin İran tərəfindən vurulması iddiasını təkzib edib

Dünya xəbərləri Materials 4 May 2026 15:43 (UTC +04:00)
ABŞ hərbi donanmaya aid gəminin İran tərəfindən vurulması iddiasını təkzib edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ İranın İslam İnqilabi keşikçiləri Korpusunun (SEPAH) Birləşmiş Ştatlara aid gəmini iki raketlə vurması ilə bağlı İran dövlət mediası tərəfindən yayılan iddiaları təkzib edir.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) X səhifəsində məlumat dərc olunub.

“Həqiqət belədir – ABŞ hərbi dəniz donanmasına aid heç bir gəmi vurulmayıb”,- deyə məlumatda qeyd olunur.

CENTCOM bölgədəki ABŞ qüvvələrinin Azadlıq Layihəsinə (Project Freedom) dəstək olduğunu və İran limanlarının blokadasının təmin olunmasına nəzarəti davam etdirdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti