Tramp İranın münaqişənin həlli təklifini tezliklə nəzərdən keçirəcək

Dünya xəbərləri Materials 3 May 2026 03:08 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranın danışıqları bərpa etmək planını yaxın gələcəkdə nəzərdən keçirmək niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

ABŞ prezidenti bildirib ki, çətin ki, bu plan ilə razılaşsın.

"İranın bizə göndərdiyi planla tezliklə tanış olacağam, amma bunun məqbul olacağını təsəvvür edə bilmirəm, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinin bədəlini hələ kifayət qədər ödəməyiblər", - deyə o yazıb.

Xəbər lenti

Xəbər lenti