Suriyada silahlı qruplaşmalara məxsus silah anbarına hava zərbələri endirilib

Dünya xəbərləri Materials 3 May 2026 01:46 (UTC +04:00)

Bakı. Trend:

Ehtimala görə, İordaniya Hərbi Hava Qüvvələri tərəfindən Suriyanın cənubundakı Əs-Suveyda vilayətində silahlı qruplaşmaların qərargahına bir sıra hava zərbələri endirilib.

Trend-in məlumatına görə, bu barədə "Al Ekhbariya" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Şahba şəhərindəki silah və narkotik anbarına zərbə endirilib. Əməliyyatla bağlı əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti