Fransa klubu PSJ-dən 80 milyon avro tələb edir

İdman Materials 1 May 2026 20:45 (UTC +04:00)
Fransa klubu PSJ-dən 80 milyon avro tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Marsel"in futbolçusu Meyson Qrinvud Fransada klubunu dəyişə bilər.

Trend xəbər verir ki, ingiltərəli vingerin uğurlu çıxışı PSJ-nin diqqətini çəkib. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Klubu Qrinvudu yüksək məbləğ qarşılığında satmağı düşünür. Onlar 25 yaşlı ön xətt oyunçusu üçün 80 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer edib. İngiltərə millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti