Berlin Vaşinqtonu alternativsiz tərəfdaş kimi qiymətləndirir

Dünya xəbərləri Materials 2 May 2026 08:58 (UTC +04:00)
Berlin Vaşinqtonu alternativsiz tərəfdaş kimi qiymətləndirir

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, yaxın illərdə ABŞ-nin nüvə çətirini əvəz edəcək mexanizm tapmaq mümkün olmayacaq.

Trend xəbər verir ki, nazir bu fikirləri “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, ABŞ-nin nüvə çətirinə alternativin yaranması nə real görünür, nə də məqsədəuyğundur.

Mart ayında Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron nüvə çəkindirmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair birgə bəyannamə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti