Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,970 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 62,2 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrünə nisbətən isə 508,7 milyon manat 34,8% artıb.
Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 1,908 miyard manat, ötən ilin aprelin 1-nə isə 1,461 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.
