Bakı.Trend:
Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, yayılan məlumat dezinformasiyadır.
“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
