Bakı. Trend:
2026-cı ilin birinci rübündə Səngəçal terminalından təxminən 47 milyon barrel neft və kondensat ixrac edilib. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.
Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin birinci rübündə ixrac həcmi 52,3 milyon barrel təşkil edib ki, bu da illik ifadədə 10,1% azalma deməkdir.
Hesabat dövründə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
