Bakı. Trend:
2026‑cı ilin mart ayında Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılmış əməliyyatların həcmi 3,934 milyard manat, sayı isə 7,879 milyon vahid təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Ötən ilin mart ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılmış əməliyyatların həcmi 523 milyon manat və ya 11,7 faiz , əməliyyatların sayı isə 7,062 milyon vahid və ya 47,3 faiz azalıb.
2025‑ci ilin mart ayında əməliyyatların həcmi 4,457 milyard manat, sayı isə 14,941 milyon vahid olub.
Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib.
