İtaliyada ən yaxşı baş məşqçi açıqlandı

İdman Materials 2 May 2026 01:35 (UTC +04:00)
İtaliyada ən yaxşı baş məşqçi açıqlandı

Bakı. Trend:

İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Trend xəbər verir ki, "Yuventus"u çalışdıran Luçano Spaletti ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssisə mükafat mayın 3-də "Verona" ilə keçiriləcək matçdan əvvəl təqdim olunacaq.

Qeyd edək ki, "Yuventus" apreldə İtaliya çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.

Xəbər lenti

Xəbər lenti