Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)

Cəmiyyət Materials 1 May 2026 10:07 (UTC +04:00)
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir.

Trend xəbər verir ki, forumun rəsmi açılış mərasimindən sonra “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” mövzusunda panel sessiyası təşkil ediləcək.

Forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti