Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 1 May 2026 09:34 (UTC +04:00)
Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

30 aprel – 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçirilib.

Trend xəbər verir ki, forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış ekspertlər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak ediblər.

Ümumilikdə 34 ölkədən 80-ə yaxın gənc forumda iştirak etmişdir. Eyni zamanda ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar da foruma qatılıb.

Forumun birinci günündə qonaqlar ölkəmizlə yaxından tanış olub, ADA Universiteti, ASAN Xidmət, DOST Agentliyi və Milli Məclisdə keçirilən görüşlərdə iştirak ediblər. Bu görüşlər çərçivəsində onlar gənc liderlər və deputatlarla qarşılıqlı fikir mübadiləsi aparıblar. Bununla yanaşı əcnəbi gənclərin iştirakı ilə debat müsabiqəsi keçirilib. Müsabiqə zamanı iştirakçılar interaktiv şəkildə müzakirələr aparıb və fikir mübadiləsi həyata keçiriblər.

Forumun ikinci günü açılış mərasimi gənc nümayəndələrin fləşmob çıxışı ilə başlayıb. Bununla yanaşı BMT-nin Gənclər Ofisi tərəfindən verilən dəstək mesajı video müraciət vasitəsilə forum iştirakçılarına çatdırılıb. Həmçinin gənclər siyasi və sosial mövzulara, mövcud problemlərə dair çıxışlar və təqdimatlar ediblər.
Daha sonra Prof. Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya həyata keçirilib. Sessiya zamanı süni intellektin inkişafının beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahələrinə təsiri, BMT-nin dayanıqlı inkişaf məqsədləri barədə müzakirələr aparılıb.

Forumun sonunda Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti