Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı Ferford Hava Bazasından növbəti təlim uçuşları həyata keçiriblər.
Trend-in məlumatına görə, bu barədə "Military Air Tracking Alliance" (MATA) aviasiya resursunun məlumatında bildirilib.
Məlumata əsasən, aprelin 30-da iki "B-1B Lancer" strateji bombardmançı təyyarəsi və bir "B-52H Stratofortress" havaya qalxdı.
İranla atəşkəs razılaşmasına baxmayaraq, ABŞ təyyarələri son günlərdə demək olar ki, hər gün uçuşlar həyata keçirir və təxminən doqquz saat davam edir.