SOCAR neft emalını 4%-ə yaxın artırıb

Energetika Materials 30 Aprel 2026 13:05 (UTC +04:00)
SOCAR neft emalını 4%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,45 milyon ton neft, 636 milyon kubmetr qaz emal edilib.

Trend bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artıb.

Eyni zamanda bildirilib ki, SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd edək ki, cari ilin birinci rübündə SOCAR tərəfindən 13 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1,67 milyon ton neft, həmçinin 1,85 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 0,4% artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti