Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə əsasən, danışıq bir saat yarımdan artıq davam edib.
Uşakov qeyd edib ki, Putin Trampa Qələbə Günü münasibətilə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Tramp bu təşəbbüsü dəstəkləyib.
Kreml nümayəndəsi vurğulayıb ki, Putin Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı ona dəstəyini ifadə edib və bu cinayəti qətiyyətlə pisləyib.
Uşakovun bildirdiyinə görə, Tramp da Putinə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın artıq yaxın olduğunu söyləyib.