Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Cəmiyyət Materials 29 Aprel 2026 21:00 (UTC +04:00)
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanlar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti