Səhiyyə Nazirliyinə məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib

Siyasət Materials 29 Aprel 2026 16:52 (UTC +04:00)
Səhiyyə Nazirliyinə məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Dəyişikliklə, Səhiyyə Nazirliyinə maliyyə monitorinqi ilə bağlı məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti