Bakı. Trend:
Bu ilin mart ayında Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 64,987 milyard manatı, say baxımından isə 175,2 min vahidi ötüb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu sistemdə həyata keçirilən əməliyyatların həcmi 22,988 milyard manat və ya 54,7%-dən çox, sayı isə 14,3 min vahid və ya 8,9% artıb.
Ötən ilin mart ayında AZİPS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 41,999 milyard manat, sayı isə 160,9 min vahidi ötmüşdü.
Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.
