Bakı. Trend:
Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi genişləndiriləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, dövlət və sosial müdafiəsi müvafiq normativ hüquqi aktlarla tənzimlənəcək.
Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğini və təyin edilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Mövcud qanunvericiliyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.
