Son 20 ildə 4 milyard manata yaxın ipoteka krediti verilib

İqtisadiyyat Materials 29 Aprel 2026 11:31 (UTC +04:00)
Son 20 ildə 4 milyard manata yaxın ipoteka krediti verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2006-2026-cı illəri əhatə edən dövr üzrə sayı təxminən 58 min olmaqla 3,87 milyard manat məbləğində ipoteka krediti verilib, satınalma öhdəliyi ilə kirayə mənzillərin sayı 9306-ya çatırılıb.

Trend xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ipoteka kreditləşməsi mənzil bazarını aktivləşdirərək yeni layihələrin icrasını sürətləndirib və tikinti sektorunun investisiya cəlbediciliyini artırıb:

"Bu alət yerli və xarici sahibkarlar üçün daha stabil və proqnozlaşdırıla bilən bazar mühitini formalaşdırmaqla yanaşı, sosial rifahın yüksəldilməsinə, tikinti sektorunun uzunmüddətli və sabit inkişafına xidmət edib.

2006-2026-cı illəri əhatə edən dövr üzrə təxminən 58 min ədəd olmaqla 3,87 milyard manat məbləğində ipoteka krediti verilib, satınalma öhdəliyi ilə kirayə mənzillərin sayı 9306-ya çatdırılıb. Zəmanət və subsidiyalar üzrə isə 707 milyon manatlıq dəstək mexanizmləri tətbiq edilib".

"Məhz qeyd olunanlar şəhərsalma, bərpa-quruculuq, mənzil təminatı sahəsində həyata keçirilən ardıcıl siyasət, iqlim dəyişmələri və urbanizasiya ilə bağlı qlobal çağırışlara verdiyimiz töhfələr, eləcə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə təşəbbüslər nəzərə alınaraq Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib", - komitə sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti