Azərbaycanın Avropa İttifaqı ölkələri ilə yaratdığı davamlı münasibətlərin əsasını qarşılıqlı ticarət dövriyyəsi təşkil edir - Şərh

Siyasət Materials 29 Aprel 2026 15:42 (UTC +04:00)
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə yaratdığı davamlı münasibətlərin əsasını qarşılıqlı ticarət dövriyyəsi təşkil edir - Şərh
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri Azərbaycanın Avropa məkanındakı diplomatik uğurlarının növbəti təsdiqidir. Ölkələrimiz arasında formalaşan "çox fəal siyasi dialoq" konkret iqtisadi və siyasi nəticələrlə xarakterizə olunur. Görüş ikitərəfli əlaqələrin dinamik inkişafını göstərir, həmçinin Azərbaycan və Çexiya arasındakı münasibətlərin ortaq maraqlara əsaslandığını nümayiş etdirir.

Bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov Trend-ə açıqlamasında qeyd edib.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, bu səfər enerji təhlükəsizliyi və qeyri-neft sektoru üzrə yeni perspektivlər formalaşdırır:

“Azərbaycan və Çexiya arasındakı yüksək səviyyəli siyasi dialoq iqtisadi-ticarət əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verir. Ticarət dövriyyəmizin 800 milyon dolları ötməsi 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin tətbiqinin mühüm göstəricisidir. Həmçinin Çexiya şirkətlərinin Azərbaycandakı sənaye, nəqliyyat, tikinti və ticarət sahələrində fəaliyyəti ölkəmizdəki əlverişli biznes mühitinə olan inamın nümunəsidir".

Deputat vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə yaratdığı davamlı münasibətlərin əsasını qarşılıqlı ticarət dövriyyəsi təşkil edir:

“Azərbaycan Avropa İttifaqı, o cümlədən Çexiya üçün enerji təhlükəsizliyi sahəsində ən etibarlı tərəfdaşlardan biridir. Azərbaycan qazının 16 ölkəyə, o cümlədən 10 Aİ üzvünə ixrac edilməsi dövlətimizin qlobal səviyyədə iqtisadi tərəfdaş kimi etibarını gücləndirir. Çexiya ilə enerji sahəsindəki əməkdaşlıq isə sadə ticarət əməliyyatı olmaqdan çıxaraq regional enerji təhlükəsizliyinin bir halqasına çevrilib”.

Xəbər lenti

Xəbər lenti