Niderland yeni Baş nazirinin Bakıya səfər imkanını nəzərdən keçirir - Səfir

Siyasət Materials 29 Aprel 2026 11:00 (UTC +04:00)
Niderland yeni Baş nazirinin Bakıya səfər imkanını nəzərdən keçirir - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Baş naziri Rob Yettenin cari il ərzində Bakıya səfərinin təşkili imkanı nəzərdən keçirilir.

Trend xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq Kral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.

“Son bir ildə ikitərəfli münasibətlərdə əhəmiyyətli irəliləyiş müşahidə etmişik və əməkdaşlığın inkişafını davam etdirmək niyyətindəyik”, – deyə o qeyd edib.

Diplomat həm texniki, həm də yüksək səviyyədə siyasi dialoqun fəallaşdığını vurğulayaraq, iki ölkə rəhbərliyi arasında təmasların xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Niderlandda yeni Baş nazir var, o, bu yaxınlarda vəzifəsinin icrasına başlayıb və hazırda onun cari il ərzində Bakıya səfərinin təşkili imkanlarını nəzərdən keçiririk. Dəvət artıq göndərilib və ümid edirik ki, baş nazir Yetten bu il Azərbaycana səfər edə biləcək”, – deyə de Yonq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti