Bakı. Trend:
İsrail ordusu Livanın cənubunda ümumi uzunluğu 2 kilometr olan iki Hizbullah tunelini məhv edib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, partlayış üçün 450 ton partlayıcı maddə istifadə edilib.
"İsrail Müdafiə Qüvvələri əsgərləri Livanın cənubunda "Hizbullah"ın iki yeraltı tunelini dağıdıblar. Təxminən 2 kilometr uzunluğunda olan tunellər 450 tondan çox partlayıcı maddə ilə məhv edilib", - deyə qeyd olunub.
Bildirilib ki, bu, "Livanda “Hizbullah”ın tunellərinin axtarışı və məhv edilməsi üzrə genişmiqyaslı əməliyyat çərçivəsində indiyədək aşkar edilmiş ən böyük və ən əhəmiyyətli yeraltı marşrutdur".