Türkiyənin 75 vilayətində narkotiklərə qarşı əməliyyat - 600-dən çox tutulan var

Dünya xəbərləri Materials 28 Aprel 2026 17:38 (UTC +04:00)
Türkiyənin 75 vilayətində narkotiklərə qarşı əməliyyat - 600-dən çox tutulan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə hüquq mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı iri miqyaslı əməliyyat keçirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayılıb.

Məlumata görə, əməliyyatlar çərçivəsində 767 kiloqram narkotik maddə və 3 milyon 340 min 726 ədəd narkotik müsadirə olunub, 1319 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlardan 638-i barəsində həbs qətimkan tədbiri seçilib.

Mərkəzi İstanbul olmaqla 75 vilayətdə keçirilən bir-biri ilə əlaqələndirilmiş əməliyyatda ümumilikdə 1 980 əməliyyat qrupu, 4 950 əməkdaş, 43 xüsusi təlim keçmiş narkotik axtarış iti iştirak edib, 21 hava nəqliyyat vasitəsi səfərbər olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti