Bakı. Trend:
Bu ilin aprelin 1-nə dövlət zəmanətli borcun məbləği (daxili vəxarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyonABŞ dolları və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.
“Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olub”, - məlumatda qeyd edilib.
2026-cı ilin 1 aprel tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları – 47,0 faiz, avro –25,5 faiz, manat –19,4 faiz, yapon yeni –2,7 faiz, digər valyutalar –5,4 faiz.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.
