Ədliyyə Akademiyasının prorektoru MSK-nın üzvü oldu - Dosye

Cəmiyyət Materials 28 Aprel 2026 22:00 (UTC +04:00)
Ədliyyə Akademiyasının prorektoru MSK-nın üzvü oldu - Dosye
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşıb.

Trend xəbər verir ki, yeni seçilən üzvlərdən biri də Xələfov Elçin Abuzər oğludur.

O, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) namizədi kimi çıxış edib.

Elçin Xələfovun dosyesini təqdim edirik:

Elçin Xələfov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankında hüquqşünas, aparıcı hüquqşünas işləyib.

1994-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasında təhsil alıb və “Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fəlsəfə doktoru, dosentdir.

1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ, Mülki hüquq kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.

2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki hüquq və mülki proses kafedrasında baş müəllim, 2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində baş məsləhətçi, 2005-2013-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparatında böyük məsləhətçi vəzifələrində çalışıb. 2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərin müəllifidir.

Ailəlidir, üç övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti