Nigeriyada İŞİD silahlı hücum törədib – 30-a yaxın ölü

Dünya xəbərləri Materials 28 Aprel 2026 15:32 (UTC +04:00)
Nigeriyada İŞİD silahlı hücum törədib – 30-a yaxın ölü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İŞİD qruplaşmasının üzvləri Nigeriyanın şimal-şərqinə silahlı hücum həyata keçirərək, azı 29 nəfərin həyatına son qoyublar.

Trend xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qanlı hücum Adamava ştatının Quyak adlı kəndində törədilib. Hücumdan dərhal sonra İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Ştatın qubernatoru Adamava Ahmadu Umaru Fintiri hücumu qəti şəkildə pisləyib.

Nigeriya təhlükəsizlik sahəsində bir çox problemlərlə üzləşir, xüsusilə də ölkənin şimalında müntəzəm olaraq silahlı qiyamlar baş verir. 2026-cı ilin fevral ayında Amerika Birləşmiş Ştatları sabitliyin yaradılmasında Nigeriya hökumətinə dəstək məqsədilə Qərbi Afrika ölkəsinə hərbi qüvvələr göndərib. Kontingentin missiyası yalnız konsultativ xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti