Azərbaycanda könüllü sığorta bazarı 14%-dən çox böyüyüb

İqtisadiyyat Materials 28 Aprel 2026 22:52 (UTC +04:00)
Azərbaycanda könüllü sığorta bazarı 14%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 352,277 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,332 milyon manat və ya 14,4% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 46,2 milyon manat və yaxud 34,5% artaraq 180,319 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-mart aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,2 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti