Qeyri-neft vergilərinin 76%-i özəl sektorun payına düşür - ASK

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2026 12:08 (UTC +04:00)
Qeyri-neft vergilərinin 76%-i özəl sektorun payına düşür - ASK
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin 76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

"Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ölkəmiz və iqtisadiyyatımız üçün tarixi əhəmiyyət daşıyır. Azad olunmuş torpaqlar bu gün sahibkar üçün sadəcə yeni biznes məkanı deyil, bu, qayıdışın, quruculuğun və mənəvi bağlılığın ünvanıdır. Dövlətin yaratdığı imkanlar – vergi güzəştləri, infrastrukturun sürətlə qurulması, təhlükəsizlik və uzunmüddətli inkişaf strategiyası – bu marağı daha da gücləndirir.

Dövlət Statistika Komitəsinin 2026-cı il 1 yanvar tarixinə olan məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 mindən yuxarı mikro, kiçik, orta və iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Bu göstərici 2024-cü illə müqayisədə 6 faiz artım deməkdir. Həmçinin Qarabağ İqtisadi rayonuna 526 milyon manata yaxın kredit qoyulub və bu vəsaitlər emal sektorundan tutmuş turizmə qədər geniş fəaliyyət istiqamətlərini əhatə edir", - o bildirib.

"Əminliklə demək olar ki, yaxın illərdə azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatının ən dinamik hissəsinə çevriləcək. Eyni zamanda dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldiyini deyə bilərik. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, biz hər zaman sahibkarlarımızın maraqlarını qorumaq, onları məlumatlandırmaq və hüquqlarını müdafiə etmək istiqamətində çalışırıq. İqtisadi islahatlara fəal dəstək, dövlət-sahibkar dialoqunun inkişafına töhfə veririk.
Bu müstəvidə “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”un və “İşçi Qrup”a daxil olan altqrupların fəaliyyətini yüksək qiymətləndiririk", - M. Musayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti