Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda Almaniya liderini Berlinin iqtisadi və digər problemlərinə görə günahlandırıb.
Trend-in məlumatına görə, bu barədə Donald Tramp " Truth Social" sosial şəbəkəsind yazıb.
"Almaniya kansleri Fridrix Merts İranın nüvə silahlarını məqbul hesab edir. O, nədən danışdığını bilmir!", - deyə o bildirib.
"Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu tədbirlər görürəm", - deyə o əlavə edib. "Təəccüblü deyil ki, Almaniya həm iqtisadi, həm də digər sahələrdə bu qədər pis vəziyyətdədir!" - deyə ABŞ prezidenti əlavə edib.
